Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 19 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.
HİT.az xəbər verir ki, kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması, yanlarındakı xanımın isə polis çağırılması ilə bağlı xahiş etdiyi görünür.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.
Qeyd edək ki, hadisə vaxtı “Metropark” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayev güllələnərək qətlə yetirilib.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=32689" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen seamless></iframe>