Tərtərdə ağır qəza, xəsarət alanlar var - VİDEO

HADİSƏ
13:44 / 29.06.2024
205

Tərtərdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər ağır yaralanıb.

Hadisə zamanı xəsarət alanlara oradan keçən insanlar ilkin tibbi yardım göstəriblər.

Qəza yerindən görüntüləri təqdim edirik:

 

0