Mingəçevirdə toyda ölüm hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, toy mərasiminə qonaq qismində qatılan 1968-ci il təvəllüdlü Rafael Əsgərovun vəziyyəti anidən pisləşib.
O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub. Onun infarkt keçirdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.