Elektrik dirəyi qırıldı - Yerə yıxılıb öldü

HADİSƏ
12:04 / 05.07.2024
173

Şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə HİT.az-a Baş Prokurorluqdan bildirilib.

“İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır”, - rəsmi məlumatda bildirlib.

0