Binanın həyətində kanalizasiya suları göl yaradıb - VİDEO

HADİSƏ
21:54 / 14.07.2024
551

İmişli rayonunda küçələrdən birini kanalizasiya suyu asfalta daşıb. Sözügedən ərazi həm avtomobil, həm də piyada yoludur.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Video Abbasqulu bəy Şadlinski küçəsi bina 48 ünvanında çəkilib. Şikayətçilər bildirir ki, həmin yoldan üfunət qoxusu gəlir, sakinlər pənəcərə və qapını açıb təmiz hava qəbul etməyə həsrətdirlər.

Bina sakinləri bununla bağlı Azərsu ASC-yə müraciət ediblər.

Onlara bildirilib ki, gələcək aylarda binanın kanalizasiya quyusu mərkəzi kanalizasiya xəttinə qoşulacaq.

Sakinlər isə problemin indi həll olmasını istəyirlər.

Qeyd edilib ki, gündəlik kanalizasiyadan çirkab sular su maşınları vasitəsilə çəkilsə də kanalizasiya quyusu binanın çirkab sularının həcminə uyğun olmadığına görə tez-tez dolaraq daşır.

0