Dünən dənizdə batan məktəbli imiş... - FOTO/VİDEO

HADİSƏ
14:38 / 15.07.2024
516

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 1 nəfər dənizdə batıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs orta məktəb şagirdidir. Məhəmməd Nəsirov adlı yeniyetmə 108 saylı orta məktəbin 10a sinif şagirdi olub. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, onun axtarışları davam edir: “Xəbər verildiyi kimi, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub”.

0