57 yaşlı qadın öldürüldü - Oğlu təslim oldu

HADİSƏ
10:12 / 20.07.2024
318

Qaradağ rayonu Ümid qəsəbəsində 57 yaşlı Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu — 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Araşdırma aparılır.

0