Bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanıldı

HADİSƏ
11:38 / 20.07.2024
295

Bakının Nəsimi rayonunda bir nəfərin 35000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.

Bu barədə HUT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 35000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

0