Kürdəmirdə vəzifəli şəxs xidməti otağında öldü

HADİSƏ
12:12 / 25.07.2024
386

Kürdəmir rayonunun icra və probasiya şöbəsinin rəisi ölüb.

“Report”un bölgə müxbirinin əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin rəisi, 1977-ci il təvəllüdlü Arif Yəhyazadə öz xidməti otağında qəfildən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0