Zəncirvari qəzada 4 maşın toqquşdu - VİDEO

HADİSƏ
09:46 / 02.08.2024
417

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Əsəd Əhmədov küçəsində 2 ədəd “Toyota”, “Nissan” və “Hyundai” markalı avtomobillər toqquşub. Belə ki, yüksək sürətlə hərəkətdə olan “Toyota”lardan biri idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və dirəyi qoparıb. Avtomobil daha sonra digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

0