Narkotik almaq üçün "Manqal"ın kassirinin telefonunu oğurladı

HADİSƏ
23:08 / 03.08.2024
462

Yasamalda yerləşən "Manqal" restoranından oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş S.B. tutulub. 

O, restoranın kassirinin "İnfinix 9" markalı mobil telefonu oğurlayıb. S.B. müştəri kimi daxil olduğu "Manqal" restoranından M.N-ya məxsus mobil telefonu kassa-satış masasının üzərindən oğurlayaraq, cibində gizlədib və restoranı tərk edib.

Təqsirləndirilən şəxs deyib ki, inzibati xətanı narkotik almaq məqsədi ilə törədib. Pulu olmadığından restorandan mobil telefon oğurlayaraq satıb. 

Məhkəmənin qərarı ilə, S.B. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və barəsində 180 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
 

0