Müdirinin maşınındakı 700 min manatdan 100 minini oğurladı

HADİSƏ
13:12 / 10.08.2024
401

Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə HİT.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700 000 manatın yüz minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

0