Evlilik təklifinə "yox" dedi, salamını almadı, hasara çıxıb qadını söydü - Qusarda olay

HADİSƏ
14:51 / 16.08.2024
403

Qusar rayonunda 56 yaşlı şəxs evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlədib və saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1968-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmu C.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, C.N. dəfələrlə X.O.-ya evlənmək təklif edib, amma "yox" cavabını alıb. C.N. yenidən qadına yaxınlaşaraq salam verib, X.O. isə salamını almayıb. Bu səbəbdən qadına etiraz edib.

Daha sonra təqsirləndirilən şəxs içkili halda X.O.-nun yaşadığı evin hasarına çıxaraq onu çağırıb, nalayiq ifadələrlə təhqir etməyə başlayıb. Bu səbəbdən qadın polisə şikayət edib. 

Məhkəmənin qərarı ilə C.N. 10 gün müddətə inzibati həbs edilib. 
 

0