"Rayondan səfərdən qayıdırdıq. Tələsəndə iş çətinə düşən olur axı. Mən də tələsirdim, yolumu dəvələr kəsdi".
Bu sözləri Hit.az-a aktyor Azər Aydəmir deyib.
"Kimə desən inanmaz. Böyük bir dəvə sürüsü yolun ortasında dayanıb, tərpənmirdi. Dəvə də inək deyil ki, siqnal verəsən, səksənə, tərpənə. Onlar yoldan çəkilənə qədər xeyli gözləməli olduq", deyə aktyor bildirib.
Murad