Göygöldə 4 nəfər dərmandan zəhərləndi, 9 yaşlı uşaq öldü

HADİSƏ
14:08 / 30.08.2024
696

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

0