20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı

HADİSƏ
12:05 / 02.09.2024
642

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərli yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0