Polis zabiti qəzada həlak oldu

HADİSƏ
09:45 / 16.09.2024
173

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində minik avtomobilinin qəzaya uğraması nəticəsində avtomobilin sərnişini Elbəyi Həsənov vəfat edib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis zabitidir. O, Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0