"Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Yol-nəqliyyat hadisəsi bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə yolunun beşinci kilometrliyində, Çaylı kəndi ərazisində qeydə alınıb.
Hadisə VAZ21-124 markalı 15-BV-628 dövlət qeydiyyat nişanlı avtomobillə MAN markalı 07-ZB-938 dövlət nömrə nişanlı yük avtomobilinin toqquşması nəticəsində baş verib. Nəticədə VAZ21-124-ün sürücüsü və dörd sərnişini həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.