Dünən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslə bağlı məlumat əldə olunub.
HİT.az News24.az-a istinadən xəbər verir ki, qəza zamanı Cavid Namiq oğlu İsmayılzadə vəfat edib.
Dünyasını dəyişən şəxs Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, vəfat edən şəxsin atası polkovnik Namiq İsmayılov Binəqədi rayonunun sabiq polis rəisi olub.
Dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis zabiti Cavid İsmayılzadənin avtomobilinin qəzadan sonrakı görüntüləri yayılıb.