Ötən gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağa ölüb.
Ə.Xudiyev gəlini gətirməyə gedən gəlin maşınında yer alıbmış. Bu avtomobili idarə edən isə bəyin özü - Toğrul Əzizov olub.
Qeyd edək ki, son vaxtlarda toy karvanlarında tez-tez qəzalar baş verir. Son dönəmlərdə bunlardan ən ağırı ötən ay Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda baş vermiş, qəza nəticəsində 5 nəfər ölmüşdü.
Baş DYP İdarəsi də toy karvanları ilə bağlı sürücülərə müraciət etsə də, təəssüf ki, bəziləri məsələyə məsuliyyətsiz yanaşır. İnsan həyatının heçə sayılmasının nəticəsində dəfələrlə toylar yasa dönüb.