Motosiklet təhlükəli nəqliyyat vasitəsidir? - Ekspert danışdı

HADİSƏ
14:14 / 21.10.2024
320

"Motosiklet təhlükə riski yüksək olan nəqliyyat vasitəsidir".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən də bəhs edib:

"Motosikletdə idarəetmə bir an itsə, qəza hadisəsi baş verə bilər. Üstəlik, hər hansısa qəza və ya toqquşma anında onu idarə edən şəxs ciddi xəsarətlər ala bilər. Ona görə də, motosikletlə baş verən qəzanın digər nəqliyyat növləri ilə müqayisədə ağır fəsadlara gətirib çıxarma ehtimalı daha yüksəkdir. Buna görə motosiklet daha təhlükəli nəqliyyat vasitəsi hesab olunur".

360542

Ekspert motosiklet idarə edərkən diqqət olunmalı məqamları da xüsusi qeyd edib:

"Motosikleti düzgün idarə etdikdə təhlükə riski azalır. Yəni motosiklet idarə edərkən sürət həddinə riayət olunmalı və xüsusi qoruyucu geyimlərdən istifadə etmək lazımdır. Daha dəqiq desək, baş üçün dəbilqə, qollar və ayaqlar üçün də müvafiq qoruyucuları geyimlər olduqca vacibdir".

Elmar Nurəliyev vurğulayıb ki, sözügedən geyimlərin qəza anında motosiklet sürücüsünü qoruyur:

"Onlar qəza zamanı daha ağır nəticələrin baş verməsinin qarşısını alır. Ona görə də mütləq şəkildə motosiklet idarə edərək qoruyucu vasitələrdən istifadə edilməlidir. Ümumiyyətlə, motosiklet, moped, skuter kimi nəqliyyat vasitələrinin istismarı zamanı daha diqqətli olmaq lazımdır". 

Pərviz

0