Dünən Sabunçu rayonunda evlərin birində meyiti tapılan İlqar Mehdiyevin və həyat yoldaşı Failanın intihar etmələri iddia olunur.
HİT.az APA TV-yə istinadən xəbər verir ki, bu iddia ilə onların qonşuları çıxış edib.
Bildirilib ki, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yaşayan cütlük hamam otağında su qızdırıcısını açıq qoyaraq intihar edib. Belə ki, 4 gün öncə ailənin yeganə övladı vəfat edib. Onların övlad itkisinə dözməyərək bu addımı atdığı iddia olunur.
Daha ətraflı sujetdə: