Bakıda 16 yaşlı qız, Ağdamda isə 18 yaşlı oğlan itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunda Fətəliyeva Zəhra Elşən qızı oktyabrın 23-ü yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Zəhranın anası polisə verdiyi məlumatda qızının tanımadığı rəfiqəsinin evində ola biləcəyini deyib.
Ağdamda isə Məmmədov Zahid Hafiz oğlu üç gün əvvəl-oktyabrın 30-u itkin düşüb.
Hər iki məlumatla bağlı əməliyyat-axtarış işlərinə başlanılıb.