Odun peçlərindən istifadə edənlərin nəzərinə: Bunları ETMƏYİN

HADİSƏ
14:06 / 19.12.2024
175

"İstilik-qızdırıcı avadanlıqları, elektrik və qaz qurğuları, eləcə də odun peçləri yerləşdirilən otaqlarda təhlükəsizlik məsələləri ön planda olmalıdır".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sözügedən qurğuların istismarı təhlükəsiz şəkildə həyata keçirilməlidir:

"Yarana biləcək təhlükələrə qarşı önləyici tədbirlər nəzərə alınmalıdır. Evdə odun peçi quraşdırılan yerin üzərində mütləq şəkildə metal parçadan lövhə olmalıdır. Onun diametri də 2 kvadrata qədər olan sahəni əhatə etməlidir". 

364474

Ekspert qeyd edib ki, odun peçi taxta və ya parket üzərində quraşdırılmamalıdır:

"Odun peçi metal lövhənin üzərində yerləşdirilməlidir. Odun peçi ilə divar arasındakı məsafə minimum 80 santimetr olmalıdır. Həmçinin, divar yanmayan boya ilə üzlənməlidir. 

Bundan başqa, onun tüstü bacasının keçdiyi divar və ya tavanda mütləq şəkildə metal parça olmalı və ya yanmayan boya ilə üzlənməlidir. Odun sobaları olan otaqlarda mütləq şəkildə havalandırma olmalıdır. Onları nəzarətsiz saxlamaq olmaz".

Mütəxəssis onu da vurğulayıb ki, evi tərk edəndə odun peçini tamamilə söndürmək lazımdır:

"Onun söndüyünə əmin olduqdan sonra getmək lazımdır. Onu yana-yana və ya nəzarətsiz qoyaraq otağı tərk etmək yanğın təhlükəsizliyi baxımından yolverilməzdir".

Elmar Nurəliyev odun peçindən istifadə ilə bağlı məsləhətlər də verib:

"Bəzən odun peçlərini benzin və ya dizel yanacağı ilə yandırırlar. Hətta həmin yanacaqları odun peçinə yaxın məsafədə saxlayanlar da olur. Bunları da qətiyyən etmək olmaz. 

Çünki ani şəkildə yanğın ola və evdə yaşayanların həyati sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Kətan, parça və tezalışan materialları odun peçindən ən azı 2 metr kənarda saxlamaq lazımdır". 

Pərviz

0