Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Hadisə nəticəsində 2 pilot həlak olub. Digər yaralıların və ölənlərin sayı dəqiq deyil.
Maraqlıdır, təyyarə qəzaya düşən zaman sərinişinlər nə etməlidir?
Məsələ ilə bağlı Hit.az-a açıqlama verən təhlükəsizlik üzrə mütəxəssis Eldar Quliyev deyib ki, təyyarə qəzaya düşdüyü zaman sərnişinlərin həyatda qalma ehtimalını artırmaq üçün bir neçə mühüm addımı yerinə yetirməsi vacibdir:
“Bu addımlar ümumiyyətlə , təyyarə qəzası zamanı baş verə biləcək vəziyyətlərə hazırlıqlı olmaq məqsədilə nəzərdə tutulur. Təyyarəyə minməzdən əvvəl və uçuş zamanı təhlükəsizlik təlimatlarına diqqət yetirmək çox vacibdir. Təyyarənin qəzaya uğraması anons edildikdən sonra, təyyarə kabinəsinin təhlükəsizlik vəziyyətinə diqqət yetirmək vacibdir. Kresloların arxasını dik vəziyyətə gətirmək, təhlükəsizlik kəmərini bağlamaq və ayaqları qaldırmaq vacibdir. Bu, qəzadan sonra yerə çırpılmanı və ya başqa zədələnmələri minimuma endirə bilər.
Hava maskası təyyarə qəzası zamanı oksigenin kəsilməsi ehtimalına qarşı mühafizə vasitəsidir. Maskanı taxmaq lazım olduğu zaman, onu tez bir şəkildə, üzünüzə düzgün şəkildə yerləşdirmək lazımdır. Nəfəs almaq üçün maskanın yaxşı oturmasına diqqət edin. Ən təhlükəsiz mövqe: başınızı önə əyərək, dizlərinizi gövdəyə yaxınlaşdırmaq və əl-ayaqları sərbəst qoymaqdır. Bu vəziyyət, zərbənin təsirini azaltmağa kömək edə bilər. Bədəninizin təhlükəsizliyini təmin etmək üçün çiyinlərinizə kəməri sıx bağlayın”.
Murad