Yeni ildə partladanlardan istifadə etmək əyləncəli olsa da, təhlükəsizliyi təmin etmək üçün bəzi vacib qaydalara riayət etmək çox önəmlidir. Partladanlardan düzgün istifadə etməklə, həm özünüzü, həm də ətrafınızdakıları qorumaq mümkündür.
Yeni ildə partladanlardan təhlükəsiz necə istifadə etmək olar?
Bu barədə Hit.az-a açıqlama verən ekspert Əli Bayramov deyib ki, öncə partladanlar 18 yaşdan kiçik şəxslərə satılmamalıdır:
“Partladanlardan istifadə edərkən yerli qanun və qaydalara diqqət yetirin. Çox ölkədə və bölgədə müəyyən yaş həddi var. Adətən 18 yaşından kiçik şəxslərə partladan istifadə etməyə icazə verilmir. Yaş həddinə riayət etmək vacibdir.
Partladanları yalnız təhlükəsiz, geniş və açıq sahələrdə istifadə edin. Heç vaxt dar və sıx ərazilərdə (məsələn, binaların yaxınlığında, ticarət mərkəzlərində, avtomobillərin olduğu yerlərdə) partladan istifadə etməyin.
Yanğın riski olduğu üçün yaşıl sahələrdə, park və ya geniş boşluqlarda istifadə etmək daha yaxşıdır.
Digər bir məsələ partladanları düzgün şəkildə yandırmaqdır. Partladanları mütləq təlimatlarına uyğun olaraq, istifadə edin. Hər bir partladanın üzərində istehsalçı tərəfindən verilmiş istifadə qaydaları və təhlükəsizlik tövsiyələri var, bunları oxumaq vacibdir.
Partladanı yandırarkən yanma materialını əllə tutmayın, yalnız təhlükəsiz bir yerdən (yerdən) və əlinizdən uzaqda yandırın”.
Murad