Hər il olduğu kimi bu il də Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq pirotexniki vasitələrin satışına başlanılıb.
Düzdür, onların satışı qanunla qadağandır. Lakin yenə də gizli şəkildə satanlar var. Əlbəttə ki, həmin şəxslər də aşkarlanaraq cərimələnir. Üstəlik, onların istifadəsi insanların sağlamlığı və ətraf üçün də olduqca təhlükəlidir. Bu səbəbdən də bayramlarda pirotexniki vasitələrdən istifadə zamanı bilmədən yanğınlar törədən və özlərinə zərər verən insanları görürük.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, pirotexnikiniki vasitəsilərdən istifadə etmək çox risklidir:
"Əslində, partlayıcı maddələrin satışı qanunla qadağandır. Lakin hər bir halda onların satışının olunmamasına tam nəzarət edilməlidir. Ona görə də yeni il bayramını qeyd edərkən də onlardan istifadə doğru deyil. Bu, təhlükəsizliyiniz üçün də çox risklidir. Çünki bu cür vasitəsilər insanların həyat və sağlamlıqları üçün ciddi təhlükələr yaradır".
Ekspert qeyd edib ki, pirotexniki vasitələrdən istifadə ictimai asayişin pozulmasına və yanğın təhlükəsinə gətirib çıxarır:
"Nəzərə almaq lazımdır ki, onların üzərində hansısa təhlükəsizlik təlimatı olmur. Bilmədən qapalı məkanda və ya digər insanların çox olduğu yerdə istifadə etmək yanğına, tüstüsü isə zəhərlənməyə səbəb ola və insanlara xəsarət yetirə bilər. Yəni olduqca təhlükəlidir. Ona görə də istifadə etməmək tövsiyə olunur".
Pərviz