"Hökümə xanımla axıra kimi danışdıq..." - VİDEO

HADİSƏ
16:48 / 27.12.2024
85
Təyyarə qəzasından yaralı olaraq xilas edilən bələdçi Aydan Rəhimli son ana qədər həlak olan həmkarı Hökümə Əliyeva ilə danışdığını bildirib.

"Xəzər Xəbər"ə danışan stüardessanın sözlərinə görə, oksigen balonunun partlaması ilə bağlı məlumatlar tamamilə yanlışdır.

"Çünki elə olsaydı, heç birimiz sağ qala bilməzdik. Zülfüqar bəyə zərbə dəydikdən sonra ona yardım etdim. Biz birlikdə arxa hissəyə getdik. Hökümə xanım mənə zəng etdi. Biz daim, axıra kimi onunla danışdıq. Son iki dəqiqədə isə zənglər artıq kəsildi. O, qabaqda idi. Bir də gözümü açıb gördüm ki, Aktau işçiləri qapını açırlar. Soruşdum, "hardayıq?”, Aktauda olduğumuzu dedilər”, - deyə A. Rəhimli vurğulayıb.

Daha ətraflı videomaterialda:

0