Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb.
HİT.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
12.47
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə HİT.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.