Piyadaların qəniminə çevrilən mərmər döşəmələr....

HADİSƏ
22:38 / 24.02.2025
44

Hidrometeoroloqlar bir neçə gün əvvəldən havanın kəskin dəyişəcəyi, qar yağacağı, şaxta olacağı barədə aidiyyəti qurumları xəbərdar etmişdi.

Buna rəğmən, göydən qar düşən kimi yollar buz bağladı, nəqliyyatın hərəkəti iflic vəziyyətə düşdü, səkilər piyadaların qəniminə çevrildi.

Bəli, məhz səkilər piyadaların qəniminə çevrildi.

Buna səbəb isə yol kənarında olan iaşə obyektləri, kafelərin qarşısının mərmər metlaxla döşənməsidir.

Qar yağan kimi həmin obyektlərin qarşısı şüşə kimi buz bağlayır. O ərazidən keçmək istəyən şəxslər isə yıxılır və müxtəlif dərəcəli xəsarətlər alır.

Arxitektura üzrə ekspert Nizami Həsənov Hit.az-a deyib ki, paytaxtın əksər yerlərində yerə daş döşənərkən qarlı-yağışlı hava şəraiti nəzərə alınmayıb: 

“Bu hal daha çox binaların qarşısında fəaliyyət göstərən obyektlərdə müşahidə olunur. Mərmər materiallı daş yer üçün deyil, divar üçün nəzərdə tutulub. Mərmər döşənən yerlərdə qar yağan kimi piyadalar hərəkət edə bilmir”.

Sevinc

0