Bu gün səhər saat 06:45 radələrində "OBA” marketlər şəbəkəsinin "Binə 3” filialında partlayış baş verib.
HİT.az xəbər verir ki, bu barədə "OBA” məlumat yayıb.
İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a faktı təsdiqləyiblər.