Çərşənbə tonqalında yanan azyaşlı xəstəxanada öldü

HADİSƏ
13:13 / 08.03.2025
129

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

0