Avtomobilə hücumla bağlı 3 nəfər ev dustağı edildi - VİDEO/YENİLƏNİB

HADİSƏ
13:38 / 11.03.2025
117

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

HİT.az Teleqraf.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanov barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o sərbəst buraxılıb.

Qeyd edək ki, "Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

11.25
 
Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin avtomobilə hücum edərək sürücünü amansızlıqla döyməsini əks etdirən görüntülər yayılıb.
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 5-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
 
Bir qrup şəxs 99 BZ 500 dövlət qeydiyyat nişanlı "Chevrolet Malibu” markalı avtomobilin tıxacda olmasından istifadə edərək, taxta zopalarla ona hücum edib. Onlar maşının şüşələrini sındırıblar, sürücünü zorla yerə düşürərək ona zərbələr endiriblər.
 
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, "Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır: "Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
 
Əməli törətməkdə şübhəli bilinən  Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
 
Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
 
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".
 
 
0