İntihar və intihara cəhdlərin ŞOK STATİSTİKASI

HADİSƏ
14:02 / 12.03.2025
60

2024-cü ildə respublika üzrə 639 intihar, 811 intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Modern.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatda bildirilib.

İntihar faktlarına görə, 25 cinayət işi başlanıb, 614 hadisə üzrə material qaydasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul olunmuş 6 cinayət işindən 5-i məhkəməyə göndərilib.

Baş vermiş 639 intihar hadisəsi nəticəsində ölən şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlar olub.
 

0