26 yaşlı keçmiş məhbus qəfil öldü

HADİSƏ
15:15 / 12.03.2025
57

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 12 radələrində 1999-cu il təvəllüdlü M.Şirinov yaşadığı Şəki şəhərindəki evdə qəflətən ölüb.

Yaxınları bildiriblər ki, əvvəllər (180-ci maddə üzrə) məhkum olunmuş M.Şirinovun halı anidən pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

0