Tonqal qalayarkən nələrə diqqət olunmalıdır? - Ekspert DANIŞDI

HADİSƏ
12:06 / 18.03.2025
114

Şübhəsiz ki, Novruz bayramının simvollarından biri də tonqaldır. 

Bayrama qədər 4 çərşənbədə və Novruz bayramında tonqallar qalanır. Bu, Novruz bayramının əsas adət-ənənələrindən biridir. Lakin söhbət yanğından getdiyi üçün bəzən bunun riskləri də meydana gələ bilir. Ona görə də bayram tonqalı qalayarkən çox ehtiyyatlı olmaq lazımdır. 

Maraqlıdır, Novruz tonqalı qalayarkən nələrə diqqət etməliyik? Hansı təhlükələr yarana bilər? 

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, tonqal qalayarkən ilk növbədə onun yerini düzgün seçmək lazımdır:

369642

"Tonqal tezalışan materiallardan, yaşayış və qeyri-yaşayış sahələrindən, habelə nəqliyyat vasitələrindən və yüksək gərginlikli elektrik xətlərindən minimum 15 metr aralıda olmalıdır.

Həmçinin, tonqalı asfalt örtüyün üzərində deyil, metal örtüyün üzərində qalanmalıdır. Onun tam söndüyünə əmin olduqdan sonra ərazini tərk etmək lazımdır. Tonqalı yanılı və ya nəzərətsiz qoyub ərzini tərk etmək yanğın təhlükəsizliyi baxımından yolverilməzdir". 

Ekspert qeyd edib ki, tonqal üzərindən adlanarkən də növbəlilik prinsiplərinə əməl edilməlidir:

"Eyni zamanda, tonqalın ətrafında uşaqları da nəzarətsiz buraxmaq olmaz. Bundan başqa, tonqalın içərisinə şüşə, təkər şinləri, kauçuk və ya kapron materiallar da atmaq yolverilməzdir. Ümumiyyətlə, hər zaman yanğın təhlükəsizliyi qaydalarına riayət etmək mütləqdir". 

Pərviz

0