Ötən gün Gəncədə qaz balonu partlaması nəticəsində xəsarət alan iki nəfərin vəziyəti açıqlanıb.
Hadisə ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, dünən saat 17:30 radələrində 2 nəfər (kişi və qadın cinsli) Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
“Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”, - deyə açıqlamada deyilir.
Qeyd edək ki, hadisə nəticəsində 30 yaşlı A. Ələkbərov və 59 yaşlı Aidə Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.