Yarım milyonluq avtomobil ilə riskli manevrlər edən sürücü saxlanıldı

HADİSƏ
11:11 / 29.03.2025
131

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülüb. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən avtomobil duracağa yerləşdirilib: "Faktla bağlı araşdırma aparılır".

Xatırladaq ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Range Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

0