Birinci kurs tələbəsi faciəli şəkildə öldü

HADİSƏ
15:21 / 29.03.2025
200

Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb.

HİT.az xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib. Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

0