Məişət zorakılığının artmasına səbəb nədir?

HADİSƏ
20:37 / 01.04.2025
98

Son dövrlər ailə-məişət zəminində baş verən münaqişələrin, cinayətlərin sayı artıb.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ailələrdə baş verən cinayətlər bir neçə səbəblər əsasında yaranır: 

“İlk olaraq, qadınların  hüquqlarını həddindən artıq çox tələb etməklə, eləcə də, gender bərabərliyini qabardaraq bəylərə qarşı amansız soyuq silahla göstərdikləri davranışların yaratdığı müharibədən başlayır. Bu gün işə getmək üçün dağılan  ailənin daxilində psixoloji zorakılıqların olması bu halın məişət zorakılığına, eləcə də ailədaxili qətllərə çevrilməsinə gətirib çıxarır. Ümumiyyətlə, insanlar arasında aqressiya, gərginlik  artıb. Burada  kompleks səbəblər var. Onların içərisində tərbiyə və ailə modelinin dəyişməsi ilə yanaşı sosia şəbəkələrin, dünyaya  çıxışımızın artmasının, ətraf-mühitin təsiri var. Yəni, ayrı-ayrı elementlərdə yaranan boşluq və qüsurlar birləşib bu gərgin mənzərini yaradıb”.

Sevinc

0