Qərbi Kaspi Universitetinin tələbəsi faciəli şəkildə vəfat edib.
Hit.az xəbər verir ki, bu haqda universitet sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, universitetin “Yüksək texnologiyalar və İnnovativ mühəndislik” fakültəsinin, İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq ölüb.