Bakıda küçəyə yarıçılpaq çıxan şəxs saxlanıldı

HADİSƏ
18:56 / 06.04.2025
92

Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılapaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.

0