Evə getmək istəməyən arvadını hicabla boğub öldürdü - TƏFƏRRÜAT

HADİSƏ
09:16 / 07.04.2025
150

Xaçmazda mollanın arvadını öldürməsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaspoladoba kənd sakini, kəndin mollası, 47 yaşlı Asəf Vaqif oğlu  Məmmədov həyat yoldaşı Yaqut Bayram qızı Məmmədova ilə qardaşıgildə keçirilən qonaqlıqda iştirak edib.

Burada o, arvadına "burdan gedək" deyərək evə aparmaq istəyib. Qadın getmək istəməyib və onların mübahisələri düşüb.

Nəticədə Asəf Məmmədov arvadını onun başındakı hicabla boğaraq öldürüb.

Ər hadisəni törətdikdən sonra Xaçmaz  rayon polis şöbəsinə gələrək arvadını qətlə yetirdiyini deyib və təslim olub.

0