Azərbaycanda vulkan püskürdü

HADİSƏ
13:21 / 09.04.2025
336

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Bu barədə HİT.az-a Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km qeydə alınıb.


 

0