Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ

HADİSƏ
11:26 / 16.04.2025
51

Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində Bakıda 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.

0