DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

HADİSƏ
14:15 / 28.04.2025
54

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

Bu barədə HİT.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

0