Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

HADİSƏ
10:47 / 03.05.2025
84
"Paytaxtda tikilən yeni binaların əksəriyyəti zəlzələyə davamlıdır".
 
Bu fikri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Baku TV-nin "Aktual Gündəm" verilişində səsləndirib.
 
Ekspertin sözlərinə görə, bəzi binalar isə zəlzələyə davamlı deyil:
 
"Bunlar əsasən 3 mərtəbəli kimi layihələndirilmiş, lakin 12 mərtəbəyə qədər ucaldılmış tikililərdir. Belə binalara xüsusilə Abşeron və Xətai rayonlarında daha çox rast gəlinir. Ən böyük faciə gələcəkdə məhz həmin binalarda baş verə bilər".
 

0