Ərini qısqandığı qadını gözəllik salonunda döyən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Qax şəhərində yerləşən "İncim" adlı gözəllik salonunda baş verib.
1991-ci il təvəllüdlü Ə.N. adlı qadın, həmin salonda müştəri qismində olan V.D.-ya hücum edib. O, zərərçəkmişin başına iki dəfə yumruq endirib, saçlarını dartaraq qoparıb.
İstintaq zamanı Ə.N. hadisəni ərini zərərçəkmiş qadına qısqandığı üçün törətdiyini bildirib və əməlindən peşman olduğunu etiraf edib.
Məhkəmənin qərarı ilə Ə.N. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirli bilinib. O, aylıq gəlirinin 20 faizi dövlət büdcəsinə yönləndirilməklə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.