Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

HADİSƏ
09:33 / 08.05.2025
86
Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib
 
66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.
 
"Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi", - deyə Aqil Rzayev bildirib.
 
Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ətraflı süjetdə:
 

0