Şabranda avtomobil ağaca çırpıldı, iki qardaş öldü

HADİSƏ
14:37 / 10.05.2025
55

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

0